Messi DÇ-2022-də ən çətin hesab etdiyi rəqibi açıqladı

messi-dc-2022-de-en-cetin-hesab-etdiyi-reqibi-aciqladi
Oxunma sayı: 4657

“Bizə görə ən çətin görüş Meksika ilə oldu. Bu oyunla qrupdakı taleyimiz həll olunurdu".

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, bunu Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-də ən çətin hesab etdiyi oyun barədə danışarkən deyib.

Onun sözlərinə görə, Meksika ilə görüş ən pis oynadıqları matç olub:

"Biz qalib gəlmək məcburiyyətində idik. Bu düşüncə bizi fərqli oynamağa istiqamətləndirdi".

Qeyd edək ki, Argentina finalda Fransaya qalib gələrək DÇ-2022-nin qalibi olub.