Argentinalı ulduz Lionel Messi yeni transfer olunduğu “İnter Mayami” klubundakı debütünü qolla qeyd edib.
“Qafqazinfo” xəbər verir ki, o, Şimali Amerika Liqa Kubokunda Meksikanın “Krus Azul” klubu ilə matçda meydana çıxıb.
Messi 54-cü dəqiqədə oyuns daxil olub və 90+4-cü dəqiqədə cərimə zərbəsindən əla qolla komandasına qələbə qazandırıb.
Son xəbərlər
Son Xəbərlər