PSJ-nin hücumçusu Lionel Messi “Əl-Hilal”ın (Səudiyyə Ərəbistanı) təklifini qəbul etməyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Məlumata görə, argentinalı futbolçu gələcəyi ilə bağlı qərarını yayda, müqavilə müddəti bitdikdən sonra verəcək. Onun karyerasını davam etdirməsi üçün “Əl-Hilal”dan başqa “Barselona” və “İnter Mayami” klubları, həmçinin PSJ ilə müqavilənin uzadılması mümkün variantlardır.
Qeyd edək ki, Messi 2021-ci ilin yayından Paris təmsilçisində oynayır.
Son xəbərlər
Son Xəbərlər