Messi ilin ən yaxşı idmançısı ola bilmədi

messi-ilin-en-yaxsi-idmancisi-ola-bilmedi
Oxunma sayı: 644

“Qafqazinfo”nun qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ilin ən yaxşı kişi idmançısı serbiyalı tennisçi Novak Cokoviç olub. “Böyük Dəbilqə” turnirində 3 dəfə qalib adını qazanan Cokoviç 812 xal toplayıb. Son iki ildə dünyanın ən yaxşı futbolçusu olan Lionel Messi isə səsvermədə 690 xal yığaraq ikinci olub. Qaçış üzrə dünya çempionu olan yamaykalı Useyn Bolt 441 xalla 3-cü yeri tutub.

Qadın idmançılar arasında isə birinciliyə 576 xal toplayan norveçli xizəksürmə ustası Byorqen Marit layiq görülüb. Ondan 10 səs geri qalan Vivian Çeruyot ikinci olub. 3-cü yeri üzgüçü Federika Peleqrini tutub.

Sorğuda ilin ən yaxşı komandaları da seçilib. Birinci yeri ötən mövsüm İspaniya kuboku istisna olmaqla, bütün titulları qazanan “Barselona”nın futbol komandası tutub. İkinci ən yaxşı komanda “Oll Bleks” (reqbi), üçüncü isə Braziliyanın kişilər üzrə Voleybol yığması olub.

Ceyhun Əhmədov