Messi ilk dəfə...

messi-ilk-defe
Oxunma sayı: 4222

PSJ-nin futbolçusu Lionel Messi bu mövsüm karyerasının ən pis nəticəsini göstərib. 

“Qafqazinfo” xəbər verir ki, 33 yaşlı hücumçu Paris təmsilçisi ilə Liqa 1-in ilk dövrəsini cəmi 1 qolla bitirib. 

Messi ölkə çempionatında çıxdığı 11 oyunda cəmi 1 qol vurub və 4 məhsuldar ötürmə edib. O, bununla da, karyerasının ən faydasız ilk dövrəsini keçirib. 

Messi ötən mövsüm çıxış etdiyi “Barselona” ilə 47 oyunda 38 qol vurub, 11 məhsuldar ötürmə edib. Argentinalı oyunçu bu performansına görə 7-ci dəfə “qızıl top” mükafatını qazanıb.