Messi iranlı oxşarını Barselonaya dəvət edib

messi-iranli-oxsarini-barselonaya-devet-edib
Oxunma sayı: 698

Bir neçə gün öncə “Barselona”nən argentinalı ulduzu Lionel Messinin iranlı oxşarı Rza Pərəstiş futbolçu tərəfindən İspaniyaya dəvət olunub.

“Qafqazinfo” xəbər verir ki, 25 yaşlı Tehran sakini növbəti dəfə Barselona şəhərinə gedəcəyini bildirib.

Pərəstişin dünya şöhrətli futbolçuya bənzəməsi onun gündəlik həyatına da təsirsiz ötüşməyib. Tehran küçələrində tez-tez iranlı gəncə yaxınlaşan sakinlər ondan avtoqraf alır və xatirə şəkli çəkdirirlər.