Messi karyerasında son klubunun adını açıqladı

messi-karyerasinda-son-klubunun-adini-aciqladi
Oxunma sayı: 7249

Argentinalı hücumçu Lionel Messi oynayacağı son klubun adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, ESPN-ə açıqlamasında bu haqda danışıb.

Messi son futbol klubunun hazırda oynadığı  “İnter” (Mayami) olacağını bildirib.

“Eyni zamanda, getdikcə futboldan həzz alıram, çünki başa düşürəm ki, oynamaq üçün daha az vaxtım var”, - futbolçu qeyd edib.