Messi məhkəmədə cavab verməli olacaq

messi-mehkemede-cavab-vermeli-olacaq
Oxunma sayı: 1613

İspaniyanın “Barselona” klubunun və Argentina yığmasının oyunçusu Lionel Messi vergi ödəməkdən yayındığına görə məhkəmə qarşısında dayanmalı olacaq. Bu barədə AFP agentliyi məlumat yayıb.

“Qafqazinfo”nun AzərTAC-a istinadən verdiyi məlumata görə, məhkəmə iclası mayın 31-də Barselonada keçiriləcək.

Xatırladaq ki, prokurorluq hələ 2013-cü ildə Lionel Messi və onun atası Xorxe Orasio Messiyə qarşı vergidən 4,1 milyon avro vəsaiti yayındırmaq barədə iddia qaldırmışdı.