Messi məhkəmədə qalib gəldi

messi-mehkemede-qalib-geldi
Oxunma sayı: 1177

Lionel Messi "La Razon" nəşrindən kompensasiya alacaq.

"Qafqazinfo" xəbər verir ki, 2014 mundialının finalında sonra sözügedən qəzetdə təhqir olunduğunu iddia edən argentinalı ulduz məhkəmədə qalib gəlib. Təhqirin yer aldığı "Sonatina" adlı məqalə jurnalist Alfonso Ussiaya aiddir.

Onun ifadələri Messi və yaxın ətrafında narazılıq doğurmuşdu. Ussia onun DÇ-da ən yaxşı futbolçu üçün nəzərdə tutulmuş mükafatı almasını haqsızlıq kimi qiymətləndirmişdi. Bundan başqa jurnalist Messinin boy hormonları qəbul etməsinə ehtiyac olmadığını yazmışdı. Barselona məhkəməsinin qərarı ilə Ussia qarşı tərəfə kompensasiya qismində 65 min avro ödəməli olacaq.