Messi milliyə qayıdır

messi-milliye-qayidir
Oxunma sayı: 1680

“Barselona”nın ulduz futbolçusu Lionel Messi Argentina millisinə qayıdır.

"Qafqazinfo" "La Nacion"a istinadən xəbər verir ki, futbolçu fikrini dəyişib.

Adını gizli saxlayan Messinin sabiq komanda yoldaşı bu məlumatı mediaya ötürüb.

“Messi qayıdacaq. O, 2018-ci ildə Rusiyada keçiriləcək Dünya çempionatının qalibi olmaq istəyir” - deyə o bildirib.

Xatırladaq ki, "Kopa Amerika" finalında Argentina penaltilər seriyasında Çiliyə məğlub olmuşdu (2-4). Hədəfdən yayınan Messi oyundan sonra millidə karyerasını bitirdiyini açıqlamışdı. Argentina prezidenti və çoxsaylı azarkeşlərin ona mürəciətlərinin ulduz futbolçunu qərarını dəyişməsinə səbəb olduğu görünür.