Messi PSJ-də ilk qolunu vurdu - Video

messi-psj-de-ilk-qolunu-vurdu
Oxunma sayı: 3144

Argentinalı hücumçu Lionel Messi Fransanın "Paris Sen-Jermen" klubunda ilk qolunu vurub.

“Qafqazinfo” xəbər verir ki, futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İngiltərənin "Mançester Siti" klubu ilə qarşılaşmanın 74 -cü dəqiqəsində Neymarın ötürməsi ilə qol vurub. Matçda hesab 2:0 PSJ -nin xeyrinə bitib.

Daha əvvəl argentinalı oyunçu Fransa klubu ilə üç oyun keçirib və qol vurmayıb.