Messi PSJ-də nə vaxt debüt edəcək?

messi-psj-de-ne-vaxt-debut-edecek
Oxunma sayı: 2492

PSJ-nin yeni transferi Lionel Messinin Fransa çempionatında debüt edəcəyi vaxt bilinib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Liqa 1-in 3-cü turunun “Brest”lə səfər matçından (4:2) sonra keçirilən mətbuat konfransında iştirak edən Poçettino, Messinin növbəti matçda meydanda ola biləcəyini deyib.

PSJ növbəti turda “Reyms”lə qarşılaşacaq. Oyun avqustun 29-da keçiriləcək.