Messi PSJ ilə bağlı qərarını verdi

messi-psj-ile-bagli-qerarini-verdi
Oxunma sayı: 5023

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi cari mövsümün sonunda klubdan ayrılacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

Hücumçu yayda mövsümün sonunadək olan müqaviləsini yeniləməyəcək. 35 yaşlı futbolçunun bu qərarı haqda artıq klub rəhbərliyinə məlumat verilib. 

Qeyd edək ki, Messi Liqa 1-də evdə “Loryan”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra icazəsiz halda tərk edərək Səudiyyə Ərəbistanına yollanıb. O, bu gün komandadan 2 həftəlik kənarlaşdırılıb.