“Qafqazinfo” xəbər verir ki, bu sözləri "Barselona"nın və Argentina millisinin ulduz futbolçusu Lionel Messi ilin ən yaxşılarının mükafatlandırılma mərasimindən sonra deyib.
Messi Ronaldonun "Qızıl top"u qazanmağa layiq olduğunu bildirib: "Keçən mövsüm geridə qaldı. Növbəti illərə baxmaq lazımdır. Ümid edirəm ki, bu il bizim üçün fərqli olacaq və uğur qazanacağıq. “Qızıl top”a gəlincə, Ronaldo onu qazanmağa layiq idi. Fikrimcə, “Real”la qazandığı uğurlar buna əsas verirdi”.
Qeyd edək ki, səsvermədə səsvermə Lionel Messi ("Barselona") və Manuel Noyeri ("Bavariya") qabaqlayan Ronaldo bununla da, ardıcıl ikinci (2013,2014), ümumilikdə isə üçüncü dəfə (2008) ilin ən yaxşı futbolçusu seçilib.
Son xəbərlər
Son Xəbərlər