Messi Ronaldoya çatdı

messi-ronaldoya-catdi
Oxunma sayı: 4849

PSJ-nin hücumçusu Lionel Messi dünən Fransa çempionatında növbəti qolunu vurmaqla Avropanın 5 əsas liqasının klublarında rekorda şərik olub.

“Qafqazinfo” xəbər verir ki, bütün klub turnirləri daxil olmaqla 696-cı qolunu vuran Messi Kriştianu Ronaldoya çatıb.

Leo daha bir dəfə fəqlənsə, mütləq rekordçu olacaq. Çünki Ronaldo artıq Avropada oynamır və Səudiyyə Ərəbistanında “Əl-Nəsr”in oyunçusudur. 

Lionel Messi: 832 oyun, 696 qol (+297 məhsuldar ötürmə)

Kriştianu Ronaldo: 919 oyun, 696 qol (+197 məhsuldar ötürmə)