Messi siyahıda birincidir

messi-siyahida-birincidir
Oxunma sayı: 5983

“Barselona”nın keçmiş hücumçusu, hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi “21-ci əsrin ən yaxşı futbolçusu” seçilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda siyahını məşhur idman nəşri ESPN müəyyənləşdirib.

Siyahıda ikinci yeri Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo tutub.

“Barselona” və “Arsenal”ın sabiq hücumçusu Tyeri Anri üçüncü, “Real Madrid”in və Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidan dördüncü, xorvatiyalı Luka Modriç isə beşinci yerdə qərarlaşıb.