Messi və Ronaldo TOP-20-yə düşə bilmədi

messi-ve-ronaldo-top-20-ye-duse-bilmedi
Oxunma sayı: 4286

"Goal.com" saytı "Qızıl top"a namizədlərin yenilənmiş siyahısını təqdim edib.

"Qafqazinfo" xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema bundan əvvəl olduğu kimi siyahıya başçılıq edir.

Məhəmməd Salah ("Liverpul") 1 pillə irəliləyərək 2-ci pilləyə yüksəlib. O, hazırda 3-cü pillədə yer alan Robert Levandovskini ("Bavariya") qabaqlayıb.

"Qızıl top"a namizədlərin ilk 20-liyində nə PSJ-dən Lionel Messi, nə də "Mançester Yunayted"dən Kriştiano Ronaldo daxil olub.

İlk 10-luq aşağıda qeyd olunan kimidir:

1. Kərim Benzema ("Real")

2. Məhəmməd Salah ("Liverpul)

3. Robert Levandovski ("Bavariya")

4. Kilian Mbappe - PSJ

5. Sadio Mane ("Liverpul")

6. Kevin De Brüyne ("Mançester Siti")

7. Luka Modriç ("Real")

8. Vinisius Junior ("Real")

9. Filip Foden  ("Mançester Siti")

10. Trent Aleksander-Arnold ("Liverpul")