Messi, yoxsa Levandovski? - Günün təqvimi

messi-yoxsa-levandovski
Oxunma sayı: 2217

Bu gün dünya çempionatının qrup mərhələsində C və D qruplarında da növbəti mərhələyə çıxacaq komandaların adına tam aydınlıq gələcək.

“Qafqazinfo” xəbər verir ki, günə D qrupunun matçları ilə start veriləcək.

Burada Fransanın 1/8 finala çıxdığı dəqiqləşsə də, digər 3 komanda Tunis, Avstraliya və Danimarkanın da şansları qalır.

C qrupunda isə 4 komandanın hamısı 1/8 finala vəsiqə əldə edə bilər. 23:00-da başlayacaq bu qrupun oyunlarında Argentina Polşa ilə qarşılaşacaq.

Bu görüş daha çox Polşa millisinin lideri Robert Levandovski və Argentina yığmasının ulduzu Lionel Messi arasındakı duel kimi də maraqla gözlənilir.

DÇ-2022

D qrupu

3-cü tur

19:00. Avstraliya - Danimarka

19:00. Tunis - Fransa

C qrupu

3-cü tur

23:00. Səudiyyə Ərəbistanı - Meksika

23:00. Argentina - Polşa