Messidən növbəti rekord

messiden-novbeti-rekord
Oxunma sayı: 2496

"Barselona"nın futbolçusu Lionel Messi yeni rekorda imza atıb.

"Qafqazinfo" xəbər verir ki, o, buna İspaniya kubokunun finalında dünən keçirilən "Atletik"lə matçda (4:0) nail olub. Sözügedən görüşdə dubla imza atan argentinalı hücumçu İspaniya kubokununda finallarında vurduğu qolların sayını 9-a çatdırıb. Bununla da o, "Atletik"in əfsanəsi Telmo Sarrunu (8 qol) geridə qoyub.

Qeyd edək ki, Messi eyni zamanda bu mövsüm vurduğu qolların sayını 31-ə yüksəldib və ardıcıl  13 mövsüm 30 qol səddini keçib.