Messini ağır cəza gözləyir

messini-agir-ceza-gozleyir
Oxunma sayı: 1859

“Barselona”nın kapitanı Lionel Messi ağır cəza ala bilər. “Qafqazinfo” xəbər verir ki, buna səbəb onun “Atletik”lə matçda rəqib futbolçu Asyer Vilyalibrenin başına zərbə vurmasıdır. 

İspaniya Futbol Federasiyasının əsasnaməsinə görə Messini 4-12 matçlıq cəza gözləyir. 

Qeyd edək ki, qarşılaşmanın bitməsinə bir dəqiqə qalmış - 120+1-ci dəqiqədə Messi qırmızı vərəqə alaraq meydandan qovulub. Bu, argentinalı futbolçunun klub karyerasında ilk qırmızı vərəqəsidir.