Messini qucaqlayan azarkeş cəzalandırıldı

messini-qucaqlayan-azarkes-cezalandirildi
Oxunma sayı: 2590

Çində Avstraliya ilə Argentina yığması arasında keçirilən yoxlama oyunu zamanı qonaqların kapitanı Lionel Messini qucaqlamaq üçün meydançaya çıxan azarkeşlə bağlı qərar qəbul edilib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Argentinanın 0:2 hesablı qələbəsi ilə yekunlaşan matçda 18 yaşlı azarkeş meydançaya qaçaraq Messini qucaqlayıb.

Çin polisi bildirib ki, sözügedən fanat inzibati qaydada həbs edilib. Azarkeşə həmçinin 12 ay müddətində  idman obyektlərinə gəlmək qadağan edilib.