Messinin 1001 gecəsi...

messinin-1001-gecesi
Oxunma sayı: 2722

Argentina millisinin və PSJ-nin futbolçusu Lionel Messi karyerasında 1001-ci matçına çıxıb.

“Qafqazinfo” xəbər verir ki, bu, DÇ-nin 1/4 final mərhələsində keçirilən Niderland - Argentina matçında təsadüf edib.

Qarşılaşma eyni zamanda, Messinin dünya çempionatlarında 24-cü matçı olub. Əfsanəvi Maradonada isə bu göstərici 21 idi.

Qeyd edək ki, hücumçu ilk görüşünü 2003-cü ildə keçirib.