Messinin “Barselona” ilə müqaviləsi rəsmən başa çatdı

messinin-barselona-ile-muqavilesi-resmen-basa-catdi
Oxunma sayı: 1937

Argentina millisinin ulduzu Lionel Messinin “Barselona” ilə olan müqaviləsi bu gün rəsmən başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, o, artıq azad agent sayılır. 

Hazırda Amerika Kuboku üçün Cənubi Amerikada olan futbolçu ilə katalonlar yeni müqavilə üçün danışıqlara başlayıb. Messinin “Barselona” ilə yeni müqavilə imzalayacağı ehtimalı yüksəkdir.