Messinin “facebook”u çalxalayan - - "Video-müsahibəsi"

messinin-facebooku-calxalayan-
Oxunma sayı: 2006


“Qafqazinfo” xəbər verir ki, Messinin qolu ilə İranın məğlub olması Azərbaycanda bəzi İran yığmasına azarkeşlik edənləri kədərləndirsə də, bəzilərini sevindirib.

Matçdan sonra sosial mediada İranın Argeninaya məğlub olması bəzi azarkeşlər tərəfindən “Güney Azərbaycanın” qələbəsi, İranda yaşayan soydaşlarımızın qarşılaşdıqları haqsızlıqlara bir zərbə kimi dəyərləndirilib. 

Müzakirələrə isə sosial şəbəkələrdə dünəndən yayılan Messinin müsahibəsi nöqtə qoyub. Belə ki, blogger Elvin CanTuran Messinin müsahibəsini montaj edib. Videoda isə guya futbolçu çıxışında Güney Azərbaycan məsələsinə toxunub. 

Xatırladaq ki, bu gün bir sıra saytlar sözügedən montaj olunmuş videonu Messinin müsahibəsi kimi təqdim edərək xəbər yayımlayıblar. Biz isə həmin videonu təqdim edir və bir daha bildiririk ki,  video sadəcə “prikol” məqsədi ilə hazırlanıb.