“Real”ın hücumçusu Ronaldo dünyanın ən yaxşısı mübarizəsində əsas rəqibi Lionel Messini dəstəkləyib. O, argentinalı futbolçunun milli karyerasını başa vurmaq qərarına münasibət bildirərkən Leonun Argentina millisinə lazım olduğunu deyib.
“Qafqazinfo” xəbər verir ki, portuqaliyalı ulduz bunları deyib: “Messi çətin qərar qəbul edib. Azarkeşlər onu anlayıb qəbul etməlidir. O, uduzmağa və ikinci yeri tutmağa öyrəşməyib. Penaltini dəqiq vurmamaq səni pis oyunçu etmir. Messinin göz yaşlarını görmək mənə ağırdır. Ümid edirəm milli komandaya qayıdar. Çünki Argentinanın ona çox ehtiyacı var”.
Son xəbərlər
Son Xəbərlər