Messinin hərəkətini təkrarlamaq istəyən fanatı öldü

messinin-hereketini-tekrarlamaq-isteyen-fanati-oldu
Oxunma sayı: 2331

Hindistanda futbolçu kimi karyerasına başlamaq istəyən Saqar Das adlı şəxs fanatı olduğu argentinalı hücumçu Lionel Messinin məşhur hərəkətini təkrarlamaq istəyərkən ölüb.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, topu Messi kimi qəbul etmək istəyən Das sinəsindən aldığı zərbədən huşunu itirib.

Xəstəxanaya çatdırılan gənc futbolçunun həyatını xilas etmək mümkün olmayıb.