Messinin heykəli sındırıldı - Fotolar

messinin-heykeli-sindirildi
Oxunma sayı: 1939

Argentinalı ulduz futbolçu Lionel Messinin heykəli sındırılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, naməlum şəxslər futbolçunun Buenos-Ayresdəki heykəlinin yuxarı hissəsini kəsiblər. Heykəli kəsən vandallar onun yalnız ayaq hissəsini yerində saxlayıblar.

Buenos-Ayres rəhbərliyi artıq heykəli bərpa etmək üçün işlərə başladığını bildirib.

Qeyd edək ki, heykəl 2016-cı ilin iyununda qoyulub.