Messinin İsrail ordusuna 1 milyonluq yardım xəbəri yalan imiş

messinin-israil-ordusuna-1-milyonluq-yardim-xeberi-yalan-imis
Oxunma sayı: 2373


Qeyd edək ki, dünən bu barədə ölkə mətbuatında bir-birindən götürülmə xəbərlər dərc olunmuşdu. "Qərb mətbuatı"na istinadən yazılan xəbərdə göstərilirdi ki, Messi bu yardımı futbol mundialı zamanı pley-off mərhələlərində əldə etdiyi mükafatlardan ayırıb.

Bu xəbər futbol ulduzununun ölkəmizdə olan yüz minlərlə fanatını məyus etmişdi, çünki İsrail ordusunun Qəzzada apardığı hərbi əməliyyatlar nəticəsində 200-dən çox uşaq həlak olub və həlak olanlar arasında Messiyə rəğbət bəsləyənlər də olmamış deyil.

Musavat.com-un Qərbdə yaşayan oxucu-dostlarının verdiyi məlumata görə, məşhur futbolçu İsrail orudusuna 1 milyon dollar məbləğində yardım etməyib. O, İsraildə açılacaq və sırf futbol zədələrinin sağaldılması üzrə ixtisaslaşan futbol klinikasına deyilən həcmdə vəsait köçürüb.

Göründüyü kimi, Messinin bu humanist addımı xeyriyyəçilik məqsədi daşıyır və dünyanın bütün ölkələrindən olan futbolçuların sağlamlıqlarının bərpa olunmasına xidmət edəcək.

Şəkildə: Messi yəhudi hahamı ilə birlikdə II dünya müharibəsində baş verən Holokost faciəsinin qurbanlarının şərəfinə inşa edilmiş "Ağlama divarı" önündə.