Messinin PSJ-yə transferindən sonra satılan formalarının sayı açıqlandı

messinin-psj-ye-transferinden-sonra-satilan-formalarinin-sayi-aciqlandi
Oxunma sayı: 2743

PSJ Lionel Messinin bir milyona yaxın formasını satıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Paris klubunun sponsorluq direktoru Mark Armstronq "Eurosport"a açıqlamasında bildirib.

O bildirib ki, koronavirus pandemiyası olmasaydı, bu rəqəm daha da çox ola bilərdi.

Məlumata görə, argentinalı ulduzun PSJ-yə transferindən sonra klubun forma satışında 30-40% artım qeydə alınıb.