Messisiz Argentina qələbə qazandı - Video

messisiz-argentina-qelebe-qazandi
Oxunma sayı: 1530

DÇ-2022-nin seçmə mərhələsinin Cənubi Amerika zonasında 15-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, Argentina milli komandası səfərdə Çilinin qonağı olub. Qarşılaşma Lionel Skaloninin yetirmələrinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
 
Xallarını 32-yə yüksəldən Argentina yığması turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 16 xalı olan Çili isə 7-ci yerdədir.
 
Çili - Argentina 1:2
Qollar: Ben Brereton, 21 - Anxel Di Mariya, 10, Lautaro Martines, 34

Qeyd edək ki, komandanın kapitanı Lionel Messi bu matçda iştirak etməyib.