Messiyə görə azarkeşlərə pulsuz bilet veriləcək

messiye-gore-azarkeslere-pulsuz-bilet-verilecek
Oxunma sayı: 1928

“İnter Mayami”nin futbolçusu Lionel Messinin “Vancouver Whitecaps”lə oyunda iştirak etməməsinə görə azarkeşlərə pulsuz biletlər və yeməkdə endirimlər təklif olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CTV news” məlumat yayıb.

Mənbənin sözlərinə görə, azarkeşlər futbolçunun meydanda olmamasından narazı qalıblar. Məlum olub ki, Messi istirahət etdiyi üçün matçı buraxıb. Azarkeşlərə gələcək müntəzəm mövsüm oyununa pulsuz bilet, həmçinin stadionda yemək və içkilərə əlli faiz endirim təklif edilib.

“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino azarkeşlərdən üzr istəyərək məşqçilərin çətin qərarlar verməsinin bəzən lazım olduğunu deyib:

“Biz oyunçuların sağlamlığını həmişə xatırlamalıyıq”.