Messiyə Rusiyada dünya kuboku veriləcək - Ad günündə

messiye-rusiyada-dunya-kuboku-verilecek
Oxunma sayı: 1902

Moskva Regional Bədən Tərbiyəsi və İdman Naziri Roman Teriuşkov Messinin doğum günü üçün hazırladığı hədiyyələri açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, nazir 24 iyunda 31 yaşını qeyd edəcək ulduz oyunçuya xüsusi tort hazırlayacaqlarını bildirib:

“Argentina milli komandası Moskva yaxınlığındakı Bronnitsa şəhərində məskunlaşıb. Dünya çempionalarının lideri Messinin doğum gününü gözardı edə bilmərik. Ona xüsusi tort və dünya kubokunun kopyasını hədiyyə edəcəyik. Ümid edirəm ki, bəyənəcək”.