Azərbaycan millisinin boksçusu Məsud Yusifzadə (52 kq) IV İslam Həmrəyliyi Oyunlarında ilk döyüşünü keçirib. 21 yaşlı idmançı 1/8 final çərçivəsində baş tutan görüşdə türkiyəli Ömər Koçla üz-üzə gəlib.
"Qafqazinfo" xəbər verir ki, döyüş Yusifzadənin qələbəsi ilə başa çatıb. Gənc boksçu rəqibini 5:0 hesabı ilə məğlub edib.
Boksçumuz 1/4 finalda Abrorjon Kodırovla (Özbəkistan) qüvvəsini sınayacaq. Bu qarşılaşma mayın 16-da keçiriləcək.
***
Rauf Rəhimov malayziyalı rəqibini məğlub edib
Azərbaycan millisinin boksçusu Rauf Rəhimov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb. Ölkəmizi 81 kq çəki dərəcəsində təmsil edən idmançı 1/8 final mərhələsindəki döyüşünü qalib kimi bitirib.
O, Hafidz Adli Mohdunu (Malayziya) 5:0 hesabı ilə məğlub edib.
Rəhimovun 1/4 final görüşü mayın 16-na təsadüf edəcək. Təmsilçimiz Əli Xanla (Pakistan) üz-üzə gələcək.
Son xəbərlər
Son Xəbərlər