Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton Vyetnamda ötən həftə keçirilən zirvə görüşünün razılaşma ilə nəticələnməməsinə görə Şimali Koreya lideri Kim Çen Inın məsuliyyət daşıdığını bildirib.
“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, o, Kim Çen Inın ABŞ prezidenti Donald Trampın böyük müqavilə təklifini qəbul etməyə hazır olmadığını söyləyib:
“Əslinə qalsa, daha güclü mövqedə olduğumuzu düşünürəm. Çünki Şimali Koreyaya daha ağır iqtisadi sanksiyaların qoyulması və bu sanksiyaların daha fəal tətbiq edildiyi maksimum təzyiq kampaniyası onları bu nöqtəyə gətirib”.
Qeyd edək ki, 27-28 fevralda baş tutan zirvə görüşündə bəzi irəliləyişlərin olduğu bildirilsə də, müqavilə imzalamağa səbəb olacaq nəticə əldə edilmədiyi açıqlanmışdı. Kim sanksiyaların ləğv edilməsini istəsə də, Tramp bunu qəbul etməyib. Danışıqların davam etdiriləcəyi bildirilir.
Son xəbərlər
Son Xəbərlər