“Məsum insanları öldürməyin...” - Baş nazirdən çağırış

mesum-insanlari-oldurmeyin
Oxunma sayı: 2535

İsrailin baş naziri Benyamin Netanyahu dünən “İstiklal Caddesi”ndə baş vermiş bombalı intihar hadisəsinə dair bəyanat verib.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Netanyahu, "İstanbulda, Qüdsdə, Fil Dişi Sahilində... Heç bir yerdə terrorizmin bəhanəsi ola bilməz" deyib.

Terrorizmin dünyaya ölüm yaydığını vurğulayan nazir "İsrail qlobal terrorizmlə mübarizədə ön planda yer alır. Bu mübarizə hərbi səylərlə yanaşı, əxlaqi bir cəhddir. Terrorla əxlaqi mübarizədə kilid nöqtə, terrorizmin –məsum insanları öldürməyin- heç bir yerdə bir bəhanəsi ola bilməz. Kim terrorizmi pislənmirsə, onu dəstəkləyir" söyləyib.