12 ildir “Arka Sokaklar” serialında “Mesut komiser” obrazını canlandıran tanınmış aktyor Şevket Çoruh Yeni il günü ailə qurub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı aktyor 4 ildir birlikdə olduğu Özgə Turna ilə evlənib.
Mərasimdə cütlüyün yaxın dostları və sənət dünyasının tanınmış simaları iştirak ediblər.
Qeyd edək ki, bu, aktyorun ikinci evliliyidir. Ş.Çoruhun 1993-2003-cü illərdə evli olduğu aktrisa Günay Karacoğludan bir qızı var.




Son xəbərlər
Son Xəbərlər