Mesut Özil Türkiyəyə verdiyi sözə əməl etdi

mesut-ozil-turkiyeye-verdiyi-soze-emel-etdi
Oxunma sayı: 644

Ölkədə nəşr olunan məşhur “Bild” qəzeti “Türklər öz “Özil”ini qeyd edir” başlıqlı yazı ilə diqqət çəkib. Yazıda maraqlı məqamlara toxunulub: “Özil verdiyi sözə əməl etdi. Almaniyanın Belçikanı 3:1 hesabı ilə məğlub etdiyi görüşdə 1 qol vuran türk əsilli yarımmüdafiəçi digər iki qolun vurulmasında da yaxından iştirak etdi. Bu gün Türkiyə öz “Özil”ini bayram edir”.

Bundan başqa, mətbu orqan Belçikaya vurduğu qoldan sonra türkiyəli fanatların “Türk Telekom Arena”da “Özil”, “Özil” şüarları səsləndirdiklərindən də bəhs edib.

Xatırladaq ki, Türkiyənin almanlara öz meydanında 1:3 hesablı məğlubiyyətindən sonra Özil türk futbolçuların paltardəyişmə otağına daxil olaraq, onlara dəstək olmuş və Belçikanı məğlub edib, “ay-ulduzlular”ın “play-off”a yolunu açacaqlarını söyləmişdi.