Mesut Özildən əzəli rəqibinə mesaj

mesut-ozilden-ezeli-reqibine-mesaj
Oxunma sayı: 4693

Türkiyəli keçmiş futbolçu Mesut Özil bu gün İngiltərə Premyer Liqasında keçiriləcək “Tottenham” -  “Mançester Siti” oyunu ilə bağlı maraqlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, o, paylaşımında “Arsenal”da oynadığı dönəmdə əzəli rəqibi olan “Tottenham”a mesaj göndərib:

 “Tottenham bu matçı uduzmasa, bir daha onlara lağ etməyəcəm. Söz verirəm”.

Qeyd edək ki, Mesut Özil “Schalke”, “Werder Bremen”, “Real Madrid” və “Arsenal” kimi klublarda çıxış edib.