“Arsenal”ın türk əsilli alman futbolçusu Məsut Özil Türkiyənin Zonquldak şəhərinin Devrek qəsəbəsində idman mərkəzi inşa etdirir.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, əslən Zonquldakdan olan Özil mərkəzin tikintisi üçün 1 milyon lirə (480 min manat) maliyyə ayırıb.
Məsut Özilin adını daşıyacaq idman mərkəzi bələdiyyəyə təhvil veriləcək.
Qeyd edək ki, Devrek qəsəbəsində küçələrdən birinə də Özilin adı verilib.
Son xəbərlər
Son Xəbərlər