“Metak” şirkəti buna görə məhkəməlik oldu

“Metak” şirkəti buna görə məhkəməlik oldu
Oxunma sayı: 2369

Plastik boru istehsalı ilə tanınan “Metak” şirkəti məhkəməlik olub.

“Qafqazinfo”nun məlumatına görə, işə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Belə ki, şirkət gömrük qanunvericiliyini pozmaqda təqsirli bilinir.

Gömrükdən keçirilən mallarla bağlı bəyannaməni vaxtında təqdim etməyən “Metak” İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tələblərini pozub. Bu maddəyə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər isə min beş yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, şirkətin təsisçisi Alik Kərimovdur.

Emin Səfərov