Metal qoçuları ölkədə at oynadır

metal-qoculari-olkede-at-oynadir-
Oxunma sayı: 665

“Baku Stell Compani” mühafizə dəstəsi Fariz Ramizlinin rəhbərliyi ilə zavoda basqın edib metal ehtiyatlarını aparmaq istəyərkən müəssisənin sahibəsi Dilbər Rzayeva onlara mane olmaq istəyib. Həmin vaxt qadına zor tətbiq olunub.

Aldığımız məlumatı dəqiqləşdirmək üçün D.Rzayevanın vəkili Aslan İsmayılovla əlaqə saxladıq. Vəkil məlumatı təsdiq edərək baş verən basqınla bağlı mətbuat konfransı keçirəcəyini bildirdi: “Saat 15:00-da ofisimdə (A.İsmayılovun rəhbərlik etdiyi “Viza” hüquq firması Nizami küçəsi 58, mənzil 1-də yerləşir)olayla bağlı mətbuat konfransı keçirəcəyik. Tədbirə bütün mətbuat nümayəndələrini dəvət edirəm”.

Qeyd edək ki, F.Ramizlinin dəstəsi bu il avqustun 15-dən 19-na kimi Zülfüqarlı qardaşlarına məxsus “Birlik” MMC-nin metaləritmə müəssisəsinə basqın etməyə cəhd göstərib. Basqınçıların məqsədi Zülfüqarlıların müəssisəsini ələ keçirib özlərinin zavoduna tabe etdirməklə bu sahəni inhisara almaq olub. Buna kimi F.Ramizlinin başçılıq etdiyi qoçu dəstəsi D.Rzayevanın da rəhbərlik etdiyi müəssisə daxil olmaqla 20-dək metaləritmə müəssisəsini ələ keçirib. Hüquq mühafizə orqanlarına şikayətlər isə nəticəsiz olub.

musavat.com