Mətanət 2 mahnıya klip çəkir -

metanet-2-mahniya-klip-cekir-
Oxunma sayı: 1614


“Qafqazinfo”nun məlumatına görə, türk klassikasının seçmələrindən olan “Dalğalar” mahnısı üçün klip çəkilişi Xəzərin sahilində baş tutacaq.  Rejissor işi Ceyhun Kərimova həvalə edilib. 

Digər mahnı sözləri Bəxtiyar Bahabzadə, musiqisi Niyaməddin Musayevə məxsus olan “Nəğmələr dünyası”dır. Onun çəkilişi isə Azərbaycanın müxtəlif gözəl guşələrində nəzərdə tutulub.

 “Əzəldən təbiət aşiqiyəm. Bu mahnının məhz təbiətin qoynunda ekranlaşdırlması ideyası ürəyimcə oldu. Gözəl təbiət qoynunda özümü sanki nağıllar aləmindəymiş kimi hiss edirəm” – deyə əməkdar artist bildirib.

“Qafqazinfo”