Mətanət İsgəndərli Mahir Abdullayevə görə istintaqa çağırıldı

metanet-isgenderli-mahir-abdullayeve-gore-istintaqa-cagirildi
Oxunma sayı: 1116

Məlumatda bildirilir ki, Mətanət İsgəndərli yeni yaradılmış istintaqa ifadəsində Mahir Abdullayevlə münasibətləri və onun itkin düşməsindən əvvəl görüşləri barədə sualları cavablandırıb.

Məlumatda o da qeyd olunur ki, Mətanət İsgəndərli bu iş üzrə istintaq bitənədək ölkəni heç bir yerə tərk etməməsi barədə iltizama da imza atıb.

Saytımıza açıqlamasında müğənninin özü dolayısı yolla istintaqa çağrıldığını təsdiqləyib: "Mən bu barədə danışmaq istəmirəm. Başqa nə mövzu istəyirsinizsə mən danışmağa hazıram. Amma bu barədə nə sualınız varsa müvafiq orqanlara müraciət edin".

Mətbuatda həbs ediləcəyinə dair xəbərlərə də münasibət bildirən müğənni hazırda evində olduğunu deyib: "Mən evimdəyəm. Məni həbs etsəllər sizinlə danışmazdım. Cinayətkar deyiləm ki, məni tutsunlar. Artıq bu söhbətlər məni yordu".

Ölkəni tərk etməsinə qoyulmuş qadağaya gəlincə, Mətanət xanım bu barədə heç bir şey söyləmədən telefonun dəstəyini asdı.

Qeyd edək ki, M. İsgəndərli Elşad Abdullayevin itkin düşən qardaşı Mahir Abdullayevlə yaxın münasibətlərdə olub. Sənətçi Mahir Abdullayevin sözlərinə həsr olunan bir neçə mahnını da oxuyub.