Mətanət İsgəndərlinin məhkəməsində qalmaqal

metanet-isgenderlinin-mehkemesinde-qalmaqal
Oxunma sayı: 2120


“Qafqazinfo” aktual.az-a istinadən xəbər verir ki, prosesdə Axar.az saytının baş redaktoru Anar Niftəliyev çıxış üçün məhkəmədən söz istəyib. Hakim jurnalistə söz verməyərək, onu zaldan çıxaracağı ilə hədələyib. Hakimlə baş redaktor arasında mubahisə düşüb. Səsə polis gəlib. Anar Niftəliyev hakimin bu davranışına etiraz olaraq məhkəmə zalını özü tərk edib. 

Məhkəmədə iştirak edən jurnalistlər bildirir ki, hakim prosesdə Aznews.az-ın rəhbərinə qarşı qərəzli olub. Jurnalistlərin vəkili müğənniyə əvəllər adının keçdiyi cinayə olaylarını xatıladıb. Vəkil adı vaxtilə Hacı Məmmədov və Elşad Abdullayev olaylarında hallanan Mətanət İsgəndərliyə bu xüsusda bir neçə sual versə də M.İsgəndərli cavab verməkdən yayınıb. Hakim müğənnini müdafiə edərək, jurnalistlərin vəkilinə xəbərdarlıq edib. Hakim həmçinin M.İsgəndərlinin məhkəmə prosesini pozan hərəkətlərinə də göz yumub.