Mətanət İsgəndərlinin nəvəsi teatr səhnəsində - Fotolar

metanet-isgenderlinin-nevesi-teatr-sehnesinde
Oxunma sayı: 1697

“Günay” Uşaq Teatrının R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Şelkunçik və siçanlar kralı” nağılı əsasında hazırlanan “Şelkunçik” tamaşasının premyerası olub.

"Qafqazinfo" xəbər verir ki, tamaşada əməkdar artist Mətanət İsgəndərlinin nəvəsi Tuncay İsgəndərlidə rol alıb.

Tamaşanı ön sıradan izləyən Mətanət xanım Tuncaya hər tamaşa təqdimatında dəstək olduğunu bildirib:

“Tuncayın içində səhnə istedadı var. Onu teatra cəlb elədik. Artıq tamaşalarda rol alır. Bu dəfə pələng obrazında idi. Teatrın bədii rəhbəri Larisa Tarusova hər bir uşağa öz övladı kimi yanaşır. İnşallah bu tamaşadan sonra balaca aktyorlarımız Xocalı faciəsini əks etdirəm tamaşaya hazırlaşacaqlar. Tuncay da istedadını nümayiş etdirəcək”.