Bu gün “Hər şey daxil” proqramında Əməkdar artist Mətanət İsgəndərli atası ilə birlikdə iştirak edib. “Qafqazinfo” xəbər verir ki, verilişin aparıcısı Tarix Əliyev (Tolik) canlı efirə müğənninin atası Məhəmmədəli İsgəndərlini dəvət edib.
Qeyd olunub ki, sənətçinin atası Sovet dövründə deputat olub və “Əmək qəhrəmanı”dır. Müğənni bildirib ki, atasının gözəl səsi var və muğam ifa etməyi ondan öyrənib.
“Mətanət sənətə gələndə dəstək olmuşam. Özüm əlindən tutub bu sənətə gətirmişəm. İndi 6 nəticəm var, nəvələrim isə çoxdur”- deyə Məhəmmədəli İsgəndərli vurğulayıb.



Son xəbərlər
Son Xəbərlər