Mətbuat günü ilə bağlı daha bir tədbir - Fotolar

metbuat-gunu-ile-bagli-daha-bir-tedbir
Oxunma sayı: 2323

22 iyul Milli Mətbuat Günü münasibətilə 19 iyul tarixində Dövlət Turizm Agentliyi tərəfindən media nümayəndələri üçün xüsusi tədbir təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbir turistlər üçün nəzərdə tutulmuş “Baku City Tour”nun avtobuslarında şəhər gəzintisi ilə başlayıb,  "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarətlə yekunlaşıb.

Turun əsas məqsədi  “Bakı xarici turistlərin gözü ilə” konsepsiyasının,  Bakı şəhərinin mədəni irsi və turizm imkanlarının turistlər tərəfindən necə görülməsinin mətbuat nümayəndələri tərəfindən real olaraq yaşanmasını təşkil etmək olub.

Daha sonra turizm mütəxəsissləri və millət vəkillərinin iştirakı ilə turizm sahəsində ixtisaslaşmış 20 nəfər mətbuat nümayəndəsi təşəkkürnamə ilə təltif olunub, onlara xüsusi hədiyyələr təqdim olunub.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev yeni turizm siyasətinin formalaşdırılacağı, yeni infrastruktur layihələrinin və yeni turizm məhsullarının reallaşdırılacağı, turist məmnunluğunu artırılması, bütövlükdə bu sahəyə daha innovativ və kreativ  yanaşmanın həyata keçiriləcəyi haqqında məlumat verib.