Mətbuat katibləri üçün master-klas təşkil olunur - Fotolar

metbuat-katibleri-ucun-master-klas-teskil-olunur
Oxunma sayı: 2182

Mətbuat xidmətlərinin rəhbərləri üçün master-klas təşkil olunur​.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Prezidentin Administrasiyasının Qeyri-hökumət təşkilatları iş və kommunikasiya şöbəsinin əməkdaşı Cəmalə Əliyeva  qeyd edib ki, təlimin məqsədi ölkədə həyata keçirilən media və kommunikasiya islahatlarına töhfə vermək, kommunikasiyaya məsul şəxslərin bilik və bacarıqlarını daha da təkmilləşdirməkdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, qurum və təşkilatların kommunikasiya siyasətinin təhlili və tədqiqi, uğurlu modellərin araşdırılması, faydalı metodik mexanizmlərin və texnikaların müəyyən edilməsi PR menecerlərin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İkinci dəfə baş tutacaq master-klası London şәhәr Universitetinin jurnalistika üzrә professoru, “The Media Society” təşkilatının vitse-prezidenti, İcmalar Palatasında media məsləhətçisi kimi çalışan Barni Cons və qlobal kampaniyaların, mürәkkәb mәsәlәlәrin idarә edilmәsi sahәsindә tәcrübәli kommunikasiya vә marketinq üzrә mütәxәssis Tobi Orr aparacaq.

Müxtәlif sessiyaları әhatә edәcәk 3 günlük təlim 3-5 may tarixlərində ADA Universitetində keçiriləcək.

Qeyd edək ki, master-klasın keçirilməsində əsas məqsəd mətbuat xidmətlərinin rəhbərlərinin işini daha da təkmilləşdirmək, onların fəaliyyətini müasir kommunikasiya sistemlərinə uyğunlaşdırmaq və şəffaflığı təmin etməkdir.