Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Almaniya Kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransı gözlənilmədən Astana tərəfinin təşəbbüsü ilə ləğv edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “DPA” agentliyi məlumat yayıb.
“Tokayev və Şolts arasında əvvəlcədən planlaşdırılan birgə mətbuat konfransı başlamazdan bir qədər əvvəl Qazaxıstan tərəfindən ləğv edilib”, - agentlikdən bildirilib.
Lakin bunun səbəbləri açıqlanmayıb.
Həmçinin Şolts Tokayevlə görüşdən sonra jurnalistlərlə söhbətləşib: “Hər halda bütün dünyada jurnalistlər üçün yaxşı iş şəraitinin olmasını istərdim. Odur ki, mən bu işdə kiçik bir töhfə vermək üçün burada sizin qarşınızda dayanıram”.
Qeyd edək ki, tərəflər Astanada iki ölkə arasında enerji, ticarət və investisiya sahələrində qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə ediblər.