Mətbuat Şurası seçkidə necə işləyəcək?

metbuat-surasi-seckide-nece-isleyecek
Oxunma sayı: 918

“Təşviqat mərhələsində Mətbuat Şurası KİV- lərin monitorinqini aparacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov “Seçkinin mediada işıqlandırılması” mövzusunda keçirilən informasiya sessiyası zamanı deyib. 

O, bildirib ki, qurumun “Qaynar Xətti” fəaliyyət göstərəcək: 

“Həmçinin seçki günündə qurumun üzvləri müşahidəçi qismində müxtəlif dairələrdə olacaqlar. Onlar jurnalistlərin fəaliyyətinə yaradılmış şəraiti müşahidə edəcəklər”.

Günel Türksoy